
“Yunan Kiprində (Güney Kıbrıs – red.), öz gözümlə gördüm – Netanyahunun və siyasi partiya deputatlarının seçki təşviqat bannerləri vardı”.
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Alıoğlu Prime TV-nin “Qırmızı masa” platformasında səsləndirib.
O, gördüyü bu mənzərədən çox təəccübləndiyini vurğulayıb:
“Mən bir yerli yunandan soruşdum ki, bu nədir? Film çəkirsiz, ya gerçəkdir? Netanyahunun reklamı Kiprdə nə gəzir? O güldü və dedi ki, burada absurd heç nə yoxdur. Çünki Kiprdə indi israillilər minlərlə mənzil alıb, məskunlaşmaqla məşğuldurlar. Kipri faktiki olaraq israillilər işğal etməkdədir”.
Maraqlı müzakirənin davamı “Qırmızı masa”da: