Xəbər axtarın

Son axtarış nəticələri:

Hörmüz boğazında daha iki tankerdə YANĞIN

30.10.2026 17:25

Hörmüz boğazında daha iki tankerdə YANĞIN

Hörmüz boğazından keçməyə çalışan iki tankerdə yanğın baş verib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, sözügedən tankerlər naviqasiya və GPS sistemlərini söndürüb, xəbərdarlıqlara baxmayaraq, tankerlər təhlükəli bölgəyə daxil olub və nəticədə insident baş verib.

Tankerlərin hazırda Hörmüz boğazının cənub sahillərində dayandığı qeyd olunub.

SEPAH-ın məlumatında tankerlərə hücum edildiyi və ya konkret olaraq mina hadisəsinin baş verdiyi qeyd olunmayıb.

Paylaş: