Xəbər axtarın

Son axtarış nəticələri:

Anıtqəbirdə diqqətçəkən görüntü: Dərvişoğlu Bahçelinin qoluna girdi - VİDEO

29.10.2026 15:15

Anıtqəbirdə diqqətçəkən görüntü: Dərvişoğlu Bahçelinin qoluna girdi - VİDEO
29 Oktyabr – Türkiyənin Cümhuriyyət bayramı münasibətilə ölkənin siyasi partiya liderləri böyük öndər Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət ediblər.

Primeinfo.az xəbər verir ki, mərasimdə diqqət çəkən məqamlardan biri zamanında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sıralarından ayrılan İYİ Partiyasının sədri Müsavat Dərvişoğlunun MHP başqanı Dövlət Bahçeli ilə pilləkənləri birlikdə qol-qola enməsi olub.

Onların gülümsəyərək, mehribancasına söhbət etmələri kameraların diqqətindən yayınmayıb.

Qeyd edək ki, Bahçeli ilə Dərvişoğlu vaxtikən bir-birlərinə qarşı sərt ittihamlar irəli sürüblər.

Paylaş: