Azərbaycan XİN İspaniyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib.
Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib.
İspaniyada sürət qatarları toqquşub. Primeinfo.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Toledo vilayətində baş verib. İki sürət qatarının toqquşması nəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb.
İsrail İspaniyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İspaniyanın müvəqqəti işlər vəkili Fransiska Pedros İsrail XİN-in Siyasi-Strategiya Məsələləri İdarəsinin rəhbəri Gilad Koen tərəfindən qəbul edilib, diplomata irad bildirilib.
ABŞ Hərbi Hava Qüvvələri İspaniyadakı “Moron” aviabazasını genişləndirməyi və modernləşdirməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki,bu barədə The War Zone məlumat yayıb. Məqsəd B-52 strateji bombardmançı təyyarələrinin yerləşdirilməsi və yanacaqla təmin edilməsi imkanlarını artırmaqdır.
Avropada miqrasiya böhranının yenidən kəskinləşməsi fonunda radikal islamçı terror təhlükəsi ilə bağlı müzakirələr güclənib. Xüsusilə İspaniyanın Şimali Afrikadakı Seuta anklavında yaşanan son miqrant axını təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Primeinfo.az “Fox News”-a istinadən xəbər verir ki, Avropa ölkələrinin təhlükəsizlik qurumları son dövrdə radikallaşma və terror təşkilatları ilə əlaqəli şəxslərə qarşı əməliyyatları artırıb.
İspaniyada anomal istilər səbəbindən 3 084 ölüm halı qeydə alınıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Cadena Ser” radiostansiyası məlumat yayıb. “İspaniyada may, iyun və iyul aylarında 3 084 ölüm halı qeydə alınıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.
İspaniyanın Seuta muxtar şəhərinə daxil olmağa çalışan miqrantlarla bağlı sosial şəbəkələrdə diqqətçəkən görüntü yayılıb. Primeinfo.az xəbər verir ki , Mərakeş sahillərindən üzərək sərhədi keçməyə çalışan bir şəxsin həmin anları lentə aldığı görüntülər yayılıb. Miqrant telefonunu selfi çubuğunun köməyi ilə suyun üzərində saxlayaraq sərhədi keçmək cəhdini qeydə alıb.
İspaniyanın Seuta eksklavına son günlərdə qeyri-qanuni yolla daxil olan minlərlə miqrantın bir hissəsi Mərakeşə qayıtmağa başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, son rəsmi statistikaya əsasən, 25 mindən çox miqrant artıq Seutadan Mərakeşə geri dönüb.
İspaniyada 2026-cı ilin əvvəlindən bəri ekstremal istilər 3 800-dən çox insanın həyatına son qoyub. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes İqlim Sığınacaqları Şəbəkəsinin təqdimatında çıxışı zamanı açıqlama verib. O, ekstremal hava hadisələrinin insanların həyatı üçün yaratdığı təhlükənin getdikcə artdığını vurğulayıb və bildirib ki, hökumət iqlim böhranının təsirlərini azaltmaq üçün tədbirləri gücləndirəcək.
Meşə yanğınları səbəbindən İspaniyanın Madrid şəhərində, eləcə də Avila və Kastelyon əyalətlərində 116 mindən çox şəxs təxliyə edilib.