Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-BƏƏ

Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb - FOTO

Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb - FOTO

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, iclas çərçivəsində Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyinin Beynəlxalq İşlər Direktorluğunun direktoru briqada generalı Jamal Ebrahim Mohamed Almarzooqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tədbirdə ordularımız arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər - VİDEO

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər - VİDEO

Azərbaycanda keçirilən “Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları reallaşdırılıb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qulluqçuları, eləcə də aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Azərbaycanla BƏƏ arasında hərbi-texniki sahədə əlaqələr müzakirə edilib - FOTO

Azərbaycanla BƏƏ arasında hərbi-texniki sahədə əlaqələr müzakirə edilib - FOTO

Bakı Ekspo Mərkəzində “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Müdafiə İşləri üzrə Dövlət Naziri və Nazirlər Kabinetinin üzvü Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei ilə görüşüb.   General-polkovnik Zakir Həsənov Azərbaycanla BƏƏ arasında son dövrlərdə hərbi əməkdaşlığın inkişafının müsbət nəticələri olduğunu qeyd edib.

Hikmət Hacıyev Ərəb Media Forumunda - FOTO

Hikmət Hacıyev Ərəb Media Forumunda - FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib. Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşım edib. “Hörmətli Abdullah M.

Azərbaycanla BƏƏ arasında sənədlər İMZALANIB

Azərbaycanla BƏƏ arasında sənədlər İMZALANIB

Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Primeinfo.az xəbər verir ki, mərasimdə “Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə “Abu Dhabi Future Energy Company” – “Masdar” və “Azərbaycan Yaşıl Enerji Şirkəti” MMC arasında əməkdaşlıq Sazişi”, “Azərbaycan İnvestisiya Holdinqi ilə “L’IMAD HOLDING COMPANY PJSC” arasında strateji əməkdaşlıq Sazişi”, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş” imzalanıb. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “GROUP 42 Holding Ltd” arasında “Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və “XRG SGC LIMITED” arasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi”, həmçinin Energetika Nazirliyi, SOCAR və “Masdar” arasında “Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi” sənədi imzalanıb.