Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər - VİDEO

17.10.2026 16:15

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər - VİDEO

Azərbaycanda keçirilən “Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları reallaşdırılıb.

Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qulluqçuları, eləcə də aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Uçuşların gedişatında hərbi qulluqçular çətin pilotaj elementlərini icra edərək havada koordinasiya və döyüş tapşırıqlarının yerinə yetirilməsi istiqamətində praktiki təcrübələrini ortaya qoyublar.

Vurğulanıb ki, hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdirərək müəyyənləşdirilmiş tapşırıqları dəqiq şəkildə həyata keçiriblər.

Paylaş: