
İran regionda ABŞ-ın mövcudluğu ilə bağlı narahatlıq keçirsə də, Ermənistana etibar edir.
Primeinfo.az “News-Armenia”ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda bildirib.
“Regionda və ətrafımızda ABŞ-ın istənilən mövcudluğu ilə bağlı narahatlığımız var. Bununla belə, erməni dostlarımızla sıx əlaqələr saxlayır və onlara etibar edirik”, – iranlı nazir deyib.
Əraqçinin sözlərinə görə, Tehran Ermənistanın İranın təhlükəsizliyinə qarşı hər hansı addım atmadığına əmindir.
O, Ermənistan rəsmiləri ilə məsləhətləşmələrin davam etdiyini bildirib.