Rəşad Məcid: "Mətbuat Şurasına 815 şikayət daxil olub"
Azərbaycan jurnalistlərinin VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük qismi – 691-i həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən, toplanan materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.