Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Premyer Liqasında 8-ci tur başlayır

16.10.2026 09:53

Azərbaycan Premyer Liqasında 8-ci tur başlayır
Misli Premyer Liqasında VIII tura bu gün start veriləcək.

Primeinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Əvvəlcə “Şamaxı” evdə “Şəfa”nı qəbul edəcək. “Şamaxı” 10 xalla 7-ci pillədə qərarlaşıb. 3 xala malik “Şəfa” isə 11-cidir.

Günün son görüşündə “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Sumqayıt” 5 xalla 6-cıdır. Sonuncu – 12-ci pillədə olan “Araz-Naxçıvan”ın isə 2 xalı var.

Misli Premyer Liqası

I dövrə, VIII tur

16 oktyabr

15:00. “Şamaxı” – “Şəfa”

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov.

VAR: Elvin Bayramov.

AVAR: Tərlan Talıbzadə.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Şamaxı şəhər stadionu

19:00. “Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov.

VAR: Əkbər Əhmədov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

SOCAR Polymer Arena

Qeyd edək ki, VIII tura oktyabrın 18-də yekun vurulacaq.

Paylaş: