Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 10:15

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.

Primeinfo.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib. Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məciddir.

Paylaş: