
Baş nazir Nikol Paşinyan Ermənistan dəmir yollarının konsessiyası məsələlərini müzakirə etmək üçün Rusiya ilə İşçi Qrupunun yaradılması barədə qərar imzalayıb.
Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan Baş nazirinin qərarı ilə İşçi Qrupuna ərazi idarəsi və infrastruktur nazirinin müavini David İvanyan rəhbərlik edəcək.
Ermənistan tərəfindən xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, maliyyə nazirinin müavini Edqar Mkrtçyan, Ərazi İdarəetmə Nazirliyinin dəmir yolu və su nəqliyyatı siyasəti idarəsinin rəisi Artak Papyan da İşçi Qrupuna daxil edilib.
Rusiya tərəfdən İşçi Qrupuna isə Cənubi Qafqaz Dəmir Yolunun direktoru Aleksey Melnikov, Rusiya nəqliyyat nazirinin müavini Aleksey Şilo, Rusiya Dəmir Yolları baş direktorunun müavini Vyaçeslav Pavlovski, Rusiya Dəmir Yollarının xarici layihələr və beynəlxalq əməkdaşlıq departamentinin rəisi Anton Kozlov daxildir.