
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Oktyabrın 12-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2014-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasında sentyabrın 10-15-i aralığında ona qarşı əmisi tərəfindən zorakılığa cəhd olunduğu iddia edilmişdi.