Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail Prezidenti: "Azərbaycan çox tolerant ölkədir"

15.10.2026 13:20

İsrail Prezidenti: "Azərbaycan çox tolerant ölkədir"

Bu gün AQEM-in Zirvə Toplantısını Azərbaycanda keçirməyimiz çox əlamətdardır. Çünki Azərbaycan çox tolerant ölkədir.

Primeinfo.az xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

İsrail Prezidenti bildirib ki, Azərbaycan Prezidenti ölkənin inkişafına töhfə verən vacib işlər görməkdədir: “Azərbaycan çoxlu təzyiqlər olduğu şəraitdə beynəlxalq sülh üçün vacib addımlar atmaqdadır. AQEM-in yaradılması bir məqsədə söykənərək yaradılıb. AQEM etimad quruculuğu tədbirlərini həyata keçirməkdədir. Qazaxıstan Prezidenti də bu təşəbbüsdə olduqca vacib rol oynayıb”.

Paylaş: