
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid edir.
Primeinfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb.
N.Paşinyan qeyd edib ki, Azərbaycanla sülh sazişinin imzalanması həm Ermənistan hökumətinin, həm də şəxsən onun qarşısında duran ən mühüm məsələlərdən biridir:
“Mən şəxsən qarşımda tapşırıq, konkret qrafik qoymuşam. Bu, 2031-ci ilə qədər həmin məsələnin həllinə nail olmaqdır. Mən belə bir imkanın mümkün olduğunu görürəm, əks halda bu mövzunu qaldırmazdım”.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla görüşünün yekununda bəyannamə qəbul edilib.
Sənəddə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair razılaşdırılmış saziş mətnini paraflaması qeyd olunub.