Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
Sabah – 16 oktyabr 2026-cı il tarixdə saat 09.00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Bu barədə Primeinfo.az-a Mətbuat Şurasından məlumat verilib.
Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda qurultayın keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib. Bu barədə Primeinfo.az-a MŞ-dan məlumat verilib.
Mətbuat Şurasının IX qurultayına hazırlıqlar başlayır. Primeinfo.az xəbər verir ki, sabah Mətbuat Şurasının İdarə Heyətinin iclası keçiriləcək. İclasda IX qurultaya hazırlıq məsələləri müzakirə olunacaq.
Rusiyanın bəzi KİV-lərində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır…
Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
“Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur.
“İdrak” liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir.
Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında aparılan canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir. Bu barədə Primeinfo.az-a Mətbuat Şurasından məlumat verilib. Bildirilib ki, bu cür hallar cəmiyyətdə aqressiyanın artmasına, eyni zamanda, milli-mənəvi dəyərlərə ciddi zərər vurur.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Əməkdar mədəniyyət işçisi, tanınmış ictimai xadim, jurnalist və şair-publisist Umud Mirzəyevin 65 illik yubileyi münasibətilə Mətbuat Şurasında tədbir təşkil olunub. Primeinfo.az xəbər verir ki, tədbir çərçivəsində yazıçı-jurnalist Gülşən Behbudun Umud Mirzəyevin həyat və fəaliyyətindən bəhs edən, onun 65 illik yubileyinə həsr olunan “Təmənnasız missiya” adlı kitabının təqdimatı baş tutub. Çıxış edənlər yubilyarın çoxillik jurnalist fəaliyyəti, beynəlxalq humanitar təşəbbüsləri və Azərbaycanın media və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.