Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Istanbul

İstanbulda sel 300 iş yeri və 200 avtomobilə ziyan vurub

İstanbulda sel 300 iş yeri və 200 avtomobilə ziyan vurub

Türkiyənin İstanbul şəhərində güclü yağışların səbəb olduğu sel və daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum təbii fəlakətlə bağlı keçirilən Koordinasiya Toplantısında bildirib. Nazirin sözlərinə görə, İstanbulda 48 torpaq sürüşməsi hadisəsi qeydə alınıb, güclü yağışlar nəticəsində 53 istinad divarı uçub.

İstanbulda bina çökdü: Ölənlər və yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

İstanbulda bina çökdü: Ölənlər və yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

İstanbulda yeddimərtəbəli bina çöküb. Primeinfo.az “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Maltəpə rayonunda baş verib. Məlumata görə, tikilinin ilk üç mərtəbəsi uçsa da, yuxarı mərtəbələrdə qalan sakinlər axtarış-xilasetmə qruplarının köməkliyi ilə təxliyə ediliblər.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. “Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdində olduqları müəyyən edilən şübhəlilərə qarşı keçirilən əməliyyatda 7 şübhəli şəxs yaxalanaraq saxlanılıb”, – paylaşımda bildirilib.

İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı DİŞLƏDİ

İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı DİŞLƏDİ

Londondan İstanbula uçan “AJet” şirkətinə aid təyyarədə sərxoş sərnişin insident yaradıb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Turkiye Today” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, bələdçi qadın sərnişinlərdən birinin yanındakı şəxsə qarşı təcavüzkar hərəkətlərinin qarşısını almağa çalışıb.

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib - FOTO

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib - FOTO

Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 108-ci ildönümü münasibətilə ordu komandanı Nuru Paşa Türkiyənin İstanbul şəhərində yad olunub. Primeinfo.az xəbər verir ki, İstanbul-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) ilə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşəbbüsü ilə Nurun Paşanın dəfn edildiyi məzarlıqda təşkil olunan anım tədbirində ölkəmizin İstanbuldakı baş konsulu Zamin Əliyev, Ənvər Paşanın qardaşı oğlu Enis Buldanlıoğlu, Çekmeköy Bələdiyyəsinin sədr müavini Vefa Budak, TADEF-in sədr müavini Pərviz Məmmədzadə, çox sayda qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri və digərləri iştirak ediblər. Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə İSTAD-ın rəhbəri və TADEF-in mətbuat katibi Səfər Qaraqoyunlu, Baş konsul Zamin Əliyev, TADEF-in sədr müavini Pərviz Məmmədzadə və digərləri çıxış ediblər.

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək - DPA

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək - DPA

İranla bağlı Böyük Britaniya, Almaniya və Fransanın (“Avropa üçlüyü”), Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə görüş avqustun 30-da İstanbulda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə DPA Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Danışıqların təşəbbüskarı Almaniya və Türkiyə tərəfləridir.