
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda musiqi zalında atışma baş verib.
Primeinfo.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bildirilib ki, atışma nəticəsində bir polis məmuru və daha iki nəfər həlak olub. İki nəfər isə yaralanıb.

Musiqi zalına daxil olan bir nəfər naməlum səbəbdən ətrafa atəş açıb. Bu zaman içəridə olan və iş başında olmayan polis məmuru ona cavab atəşi açıb. Baş verən atışmada həm polis məmuru, həm də atəş açan şəxs ağır yaralanıb.
Hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib. Həm polis məmurunun, həm də şübhəlinin öldüyü müəyyən edilib.
İnsidentlə bağlı araşdırma davam edir.