
İstanbulun Başakşehir rayonunda səhər saatlarında orta məktəbdə baş verən bıçaqlı hücum nəticəsində ağır yaralanan bir şagird vəfat edib.
Bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin məlumat verib.
12:59
***
İstanbulun Başakşehir rayonunda orta məktəblərdən birində şagird bıçaqla həmyaşıdlarına hücum edib.
Primeinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində Kayaşehir ərazisində yerləşən Şeyh Şamil İmam Hatip Orta məktəbinin 8 şagirdi yaralanıb.

Başakşehir rayonun rəhbəri Cemil Özgür Öneğinin açıqlamasına görə, yerli vaxtla saat 08:40-da baş verən insidentin səbəbi şagirdlər arasında mübahisə olub. Başqa məktəbdə təhsil alan 15 yaşlı qız şagird məktəbə gələrək digər şagirdlərə bıçaqla hücum edib.

Yaralananların 7-si qız şagirdlərdir. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Yaralanan qızlar xəstəxanaya çatdırılıb, məktəblilər təhsil müəssisəsindən təxliyə olunublar.Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu isə 8 yaralının müalicəsinin davam etdiyini, onlardan birinin vəziyyətinin kritik, ikisinin isə orta-ağır olduğunu bildirib.

Hücum edən 15 yaşlı qız polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.

Başakşehir’de bir ortaokulumuzda meydana gelen kavgada yaralanan öğrencilerimize ve ailelerine geçmiş olsun dileklerimi iletiyorum.
1’i kritik, 2’si orta-ağır olmak üzere olaydan etkilenen 8 yaralımızın tedavileri hastanelerimizde devam etmekte olup sağlık durumlarını yakından takip ediyoruz.
Acil şifalar diliyorum.
— Prof. Dr. Kemal Memişoğlu (@drmemisoglu) October 6, 2026