Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə liseyə silahlı HÜCUM: 1 şagird həlak olub, 8 nəfər yaralanıb - FOTO - VİDEO

22.09.2026 10:53

Türkiyədə liseyə silahlı HÜCUM: 1 şagird həlak olub, 8 nəfər yaralanıb - FOTO - VİDEO

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda silahlı insident törədən şəxs saxlanılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Manisa Valiliyi məlumat yayıb.

Hadisə ilə əlaqədar hüquqi və inzibati araşdırma başladılıb.

***

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub.

Primeinfo.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər.

İlkin ehtimallara əsasən, kimliyi məlum olmayan şəxs hələlik aydınlaşdırılmamış səbəblərdən məktəbin ətrafında pərakəndə atəş açmağa başlayıb.

Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın məlumatına görə, hadisə nəticəsində 1 şagird ölüb, daha 8 nəfər yaralanıb.

Türkiyədə liseyə silahlı HÜCUM: 1 şagird həlak olub, 8 nəfər yaralanıb - FOTO - VİDEO

Silahlı şəxs insidentdən dərhal sonra qaçaraq gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin yaxalanması istiqamətində axtarış tədbirlərinə start veriblər.

Hazırda məktəb ətrafında təhlükəsizlik tədbirləri artırılıb, müvafiq xilasetmə və tibb xidmətləri davam etdirilir.

Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb olunub.

 

 

 

Paylaş: