
Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə pnevmatik silahla atəş açan və 16 nəfəri yaralayan şəxslə bağlı bəzi məqamlar məlum olub.
Primeinfo.az xəbər verir ki, bu barədə “Demirören” xəbər agentliyi (DHA) məlumat yayıb.
Bildirilib ki, məktəbin keçmiş şagirdi Ömer Ketin hadisədən öncə təhsil ocağının sosial media hesablarına təhdid mesajları göndərib. O, məktəbə – “Hazır olun, bir neçə gündən sonra hücum olacaq”, – deyə mesajlar ünvanlayıb.
***
Türkiyədə liseyə edilən silahlı hücumda yaralananların sayı artıb.
Primeinfo.az bu barədə NTV-yə istinadən məlumat verir.
Bildirilir ki, hadisə nəticəsində 16 nəfər yaralanıb. Yaralılar arasında 10 şagird və 4 müəllimin olduğu bildirilir.
Şanlıurfa valisinin sözlərinə görə, hücumu törədən məktəbli özünü öldürüb:
“Yaralıların əksəriyyəti şagirdlərdir, bir müəllimin vəziyyəti ağırdır”.
***
12:03
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda lisey qarşısında silahlı insident baş verib.
Primeinfo.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxs məktəb ərazisinə daxil olaraq nizamsız şəkildə atəş açıb. Hadisə nəticəsində yeddi nəfərin yaralandığı bildirilir.
Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə aparılıblar.
Hadisə ilə bağlı araşdırma başlayıb.

