İstanbulda torpaq SÜRÜŞMƏSİ - Dağıntılar altında qalanlar var
Türkiyənin İstanbul şəhərinin Büyükçekmece rayonunda torpaq sürüşməsi baş verib.
Türkiyənin İstanbul şəhərinin Büyükçekmece rayonunda torpaq sürüşməsi baş verib.
Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Bu gün Türkiyənin İstanbul da daxil olmaqla, 25 vilayətində rekord istilər müşahidə olunacaq. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Meteoroloji Baş İdarəsi xəbərdarlıq edib. İdarənin məlumatına görə, bəzi yerlərdə hava şəraiti yağıntılı olacaq: “Fasilələrlə leysan yağacaq, şimşək çaxacaq.
İstanbuldan Mineralnıye Vodıya uçan təyyarə Qara dəniz üzərində qəza siqnalı verib. Primeinfo.az yerli mediaya istinadən xəbər verir ki, Rusiyanın “Azimut” aviaşirkətinə məxsus A46074 reysi bortda yarandığı ehtimal olunan texniki nasazlıq səbəbindən İstanbula geri dönmək qərarı verib. Bildirilib ki, “Sukhoi Superjet” tipli təyyarə 103 sərnişin daşımaq imkanına malikdir.
İran köçü – farslar qaçır, türklər geri dönür. Niyə? Yaxın coğrafiyada köç prosesini izləməyin ən sadə üsullarından biri İstanbulda müşahidələr aparmaqdır.
Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edir. Primeinfo.az bu barədə İran mediasına istinadən xəbər verir. Qeyd edək ki, bundan əvvəl İranın Mülki Aviasiya Təşkilatı Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı və Mehrabad Hava Limanında sərnişin reyslərinin bərpa olunduğunu açıqlayıb.
Türkiyədə İstanbulun Beşiktaş rayonunda məşhurları hədəf alan narkotik əməliyyatı çərçivəsində 2 əyləncə məkanında axtarışlar aparılıb. Primeinfo.az xəbər verir ki, axtarışlar zamanı sosial media fenomenləri Samet Liçina, Özlem Parlu, Mika Slovana və Elif Karaaslan saxlanılıblar. Məlumata görə, aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında da saxlanılma qərarı çıxarılıb.
Bu gün səhər saatlarında İstanbulda “narkotik araşdırması” çərçivəsində yeni əməliyyat həyata keçirilib. Bu barədə Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir. İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində tanınmış şəxslərin də daxil olduğu 9 şübhəli haqqında saxlanılma, axtarış və müsadirə qərarı verilib.
“Müasir dövrdə, rəqəmsal kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində ictimai rəy qlobal miqyasda formalaşan çoxmərkəzli və dinamik bir sistemə çevrilib. Bu transformasiya yalnız informasiya axınının sürətini artırmaqla kifayətlənməyib, həm də onun məzmununa, təsir mexanizmlərinə və etibarlılıq kriteriyalarına ciddi şəkildə təsir göstərib”. Primeinfo.az xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən Strateji Kommunikasiya Sammiti (STRATCOM) çərçivəsində təşkil edilən “Rəqəmsal ünsiyyət ekosistemində qlobal ictimai rəyin transformasiyası” mövzulu panel iclasda çıxışı zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüş keçirib. Primeinfo.az bu barədə Türkiyə mediasına istinadən bildirir. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, görüşdə İsrailin Fələstində davam edən hücumları və digər məsələlər müzakirə edilib.