
Bu gün Türkiyənin İstanbul da daxil olmaqla, 25 vilayətində rekord istilər müşahidə olunacaq.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Meteoroloji Baş İdarəsi xəbərdarlıq edib.
İdarənin məlumatına görə, bəzi yerlərdə hava şəraiti yağıntılı olacaq:
“Fasilələrlə leysan yağacaq, şimşək çaxacaq. Yağışın Samsun və Sinopun daxili hissələrində güclü olması gözlənilir. Bu səbəbdən həmin ərazilərdə daşqın və torpaq sürüşməsi riski var”.