Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Istanbul

Türkiyədə restoranda 25 nəfər zəhərlənib

Türkiyədə restoranda 25 nəfər zəhərlənib

İstanbulun Şişli rayonunda eyni restoranda yemək yeyən 25 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Şəhər Səhiyyə Müdiri Abdullah Emre Güner açıqlama verib.

İstanbulda hoteldə bir ailənin müəmmalı ölümü: İlkin hesabat açıqlandı  

İstanbulda hoteldə bir ailənin müəmmalı ölümü: İlkin hesabat açıqlandı  

Noyabrın 9-da İstanbulun Fatih rayonunda dörd nəfərlik Böcek ailəsinin şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə-tibbi ekspertizanın ilkin rəyi açıqlanıb. Primeinfo.az bu barədə “Haber Global” telekanalına istinadən xəbər verir. Hesabata əsasən, ailə üzvlərinin qaldıqları hoteldə kimyəvi maddəyə məruz qalma ehtimalı daha çoxdur.

İstanbulda TÜRKPA və ATƏT PA nümayəndələri görüşüb  - FOTO

İstanbulda TÜRKPA və ATƏT PA nümayəndələri görüşüb  - FOTO

İstanbulda keçirilən ATƏT PA-nın 23-cü payız sessiyası çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi, səfir Ramil Həsən ATƏT Parlament Assambleyasının (ATƏT PA) Baş katibi Roberto Montella ilə görüşüb. Primeinfo.az xəbər verir ki, R.Həsən iki qurum arasında uzunmüddətli əməkdaşlığı xatırladaraq, Montellanın TÜRKPA-nın formalaşması dövründə, o cümlədən ATƏT PA Baş katibinin müavini vəzifəsində çalışdığı illərdən başlayaraq göstərdiyi mühüm dəstəyi vurğulayıb. O qeyd edib ki, 15 ildən artıq müddətdə əsası qoyulmuş tərəfdaşlıq bu gün ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün möhkəm zəmin olaraq qalmaqdadır.

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın İstanbuldakı payız sessiyasında - FOTO

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın İstanbuldakı payız sessiyasında - FOTO

Milli Məclisin deputatı Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən payız sessiyasında iştirak edir. Primeinfo.az xəbər verir ki, sessiya çərçivəsində “ATƏT-in 50 illiyi: Dialoq və əməkdaşlıq vasitəsilə çoxtərəfliliyin yenidən canlandırılması” mövzusunda parlament konfransı, Daimi Komitənin iclası və digər tədbirlər keçirilir. Tədbirə ev sahibliyi edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətini qəbul edib.

İstanbulda metro tikintisi zamanı çökmə: ölən var - VIDEO

İstanbulda metro tikintisi zamanı çökmə: ölən var - VIDEO

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro xəttinin tikintisi zamanı naməlum səbəbdən çökmə baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb. Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub.

İstanbulda Qəzza Zirvəsi başladı

İstanbulda Qəzza Zirvəsi başladı

İstanbul şəhərində Türkiyənin təşəbbüsü ilə Qəzza Zirvəsi başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir.

İstanbulda gəmidə partlayış can aldı – VİDEO

İstanbulda gəmidə partlayış can aldı – VİDEO

Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində gəmidəki güclü partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə Tuzladakı tərsanədə təmir işləri aparılan gəmidə baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.