Xəbər axtarın

Son axtarış nəticələri:

İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb

16.10.2026 17:06

İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Belə ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 35 kiloqram narkotik vasitə və 4960 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş: