
“Ermənistan öz öhdəliklərini yerinə yetirmək istəmir. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın bu hərəkətlərinə Azərbaycan tərəfi də göz yummamalıdır. Biz Ermənistanı məcbur etməsək, sülhə gəlməyəcək. Yəni İrəvana mütləq o dəyənəyi göstərmək lazımdır, yoxsa onlar ikili, hətta üçlü oyun oynamaq mahiyyətinə sahibdirlər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid edir. “Sputnik Ermənistan”ın məlumatına görə, o bu barədə hökumətin iclasında danışıb.
Davamı “Qırmızı masa”da: