Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı Ağır Cinayətlər Məhkəməsi

Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?

Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?

Rusiyada yaşayan məşhur iş adamı, “Peton Holding”in həmtəsisçilərindən olan Emin Axundovu şantaj edib 3 milyon dollar pulunu və 10 milyonluq əmlakını ələ keçirməkdə təqsirləndirilənlərin – Hikmət Vəliyev və Ramil Tağıyevin barələrindəki cinayət işinin məhkəməsi başlayıb. Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilənlərdən Hikmət Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin, Ramil Tağıyev barəsində isə həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Bu gün Ramiz Mehdiyevin məhkəməsidir

Bu gün Ramiz Mehdiyevin məhkəməsidir

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın eks prezidenti, akademik Ramiz Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun bu gün məhkəmə istintaqı başlayır.

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi - MƏHKƏMƏ

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi - MƏHKƏMƏ

Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən Rəşad İsmayılovun barəsindəki qərardan kassasiya şikayəti verilib. Primeinfo.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, hadisə 2024-cü ilin sentyabrında Türkan qəsəbəsində baş verib.

“QHT işi” üzrə ittiham olunan şəxsə HÖKM oxundu

“QHT işi” üzrə ittiham olunan şəxsə HÖKM oxundu

“QHT işi” üzrə ittiham olunanlardan biri – “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - 7 il həbs istənildi

Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - 7 il həbs istənildi

Bakıda başqasının evindən oğurluq etməkdə, torpağını qanunsuz tutmaqda təqsirləndirilən 74 yaşlı Qədəm Tanrıvediyevanın barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Q.Tanrıverdiyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini və məhkəmə zalında həbs olunmasını təklif edib. Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

Milyonçu qardaşların biri həbsdən AZAD EDİLDİ

Milyonçu qardaşların biri həbsdən AZAD EDİLDİ

Polisin kibercinayətkarlığa qarşı keçirdiyi ən böyük əməliyyatların birində həbs edilən Bahadır Qasımov ev dustaqlığına buraxılıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul edib. Bahadır Qasımovun vəkilləri bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən müvəkkillərinin həbsdən azad edilməsinə çalışırdılar.