Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Dövlət Statistika Komitəsi (DSK)

Azərbaycanda bir çox məhsulların qiyməti ARTIB

Azərbaycanda bir çox məhsulların qiyməti ARTIB

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz artıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6.9 faiz, qeyri-qida məhsulları 3.7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5.5 faiz bahalaşıb.

Azərbaycanda orta aylıq maaş 1200 manata çatır

Azərbaycanda orta aylıq maaş 1200 manata çatır

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 173 manat təşkil edib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.

Dövlət Statistika Komitəsinə yeni sədr MÜAVİNİ 

Dövlət Statistika Komitəsinə yeni sədr MÜAVİNİ 

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə Primeinfo.az-a DSK-dan bildirilib. Məlumata görə, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib.

Azərbaycana turist axını 8%-ə yaxın azalıb

Azərbaycana turist axını 8%-ə yaxın azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Primeinfo.az bu barədə “Report”a istinadən xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 27,9 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,8 %-i İran, 4,8 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,5 %-i İsrail, 3,4 %-i Pakistan, 3,2 %-i Özbəkistan, hər birindən 2,6 % olmaqla Çin və Hindistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, 1,1 %-i Almaniya, 1 %-i Böyük Britaniya, 12,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 66,9 %-ini kişilər, 33,1 %-ini qadınlar təşkil edib.

Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb

Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 402 440,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,2% artım deməkdir. Dövlət Statistika Komitəsindən Primeinfo.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında sözügedən göstərici 1 359 156,6 min manat səviyyəsində olub. Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 792,1 mln.

İcra başçısı müavinini işdən çıxardı - DSK-ya yeni SƏDR 

İcra başçısı müavinini işdən çıxardı - DSK-ya yeni SƏDR 

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib. Primeinfo.az Bizim.media-ya istinadən xəbər verir ki, icra başçısı Elnur Rzayevin Əmri ilə birinci müavin Anar Oruclu vəzifəsindən azad edilib. O, 57 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının sədri təyin olunub.

Azərbaycanda 2,5 milyon insan XƏSTƏLƏNİB

Azərbaycanda 2,5 milyon insan XƏSTƏLƏNİB

Azərbaycanda 2025-ci ildə ilk dəfə xəstəlik diaqnozu qoyulan şəxslərin ümumi sayı 2 milyon 516 min 677 nəfər olub. Primeinfo.az xəbər verir ki, bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsinə ünvanladığı sorğuya cavab olaraq məlumat verilib. Statistikaya görə, 2024-cü ildə ilk dəfə xəstəlik aşkarlanan şəxslərin sayı 2 milyon 870 min nəfər təşkil edib.

Azərbaycanda əhalinin sayı artıb - STATİSTİKA

Azərbaycanda əhalinin sayı artıb - STATİSTİKA

Azərbaycanda əhalinin sayı 2026-cı il yanvar-iyul aylarında 0,14 % və ya 14 min 215 nəfər artıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, əhalinin sayı 10 milyon 276 min 566 nəfərə çatıb.

Statistika Komitəsinin şöbə müdirləri işdən ÇIXARILDI

Statistika Komitəsinin şöbə müdirləri işdən ÇIXARILDI

Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub. Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb. Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.