Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Dövlət Statistika Komitəsi (DSK)

Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlandı

Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlandı

2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycan üzrə miqrasiya saldosu açıqlanıb. Primeinfo.az xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu dövr ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 964 nəfər qeydə alınıb.

Azərbaycanda xalça istehsalı 29 dəfəyə yaxın artıb

Azərbaycanda xalça istehsalı 29 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 28,5 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 dəfə çoxdur. May ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 5 min kvadratmetr təşkil edib.

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-aprel ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.

Azərbaycan hotellərində müştəriləri azalıb - DSK

Azərbaycan hotellərində müştəriləri azalıb - DSK

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 838,2 min olub. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 57,8 faizi Bakıda qeydə alınıb. Sonrakı yerlərdə isə Qusar (9,6 faiz), Naftalan (5,6 faiz), Quba və Qəbələ (hər biri 3,5 faiz), Lənkəran (2,8 faiz) qərarlaşıb.

Son 2 ilin statistikası: 98 min evlilik, 42 min boşanma

Son 2 ilin statistikası: 98 min evlilik, 42 min boşanma

Son iki ildə 42 min 100 nəfər boşanıb, 98 min şəxs isa evlənib. Primeinfo.az-ın Nazirlər Kabinetinin hesabatlarından əldə etdiyi məlumatlara görə, 2024-cü il ərzində ölkədə 49,5 min nikaha daxilolma və 21,4 min boşanma halları qeydə alınıb. 2025-ci ildə isə bu rəqəmlər nikaha daxilomaya görə 48,5 min, boşanmaya görə isə 20,7 min hal qeydə alınıb.

Qarabağ və Şərqi Zəngəzura yatırılan investisiyaların həcmi açıqlanıb

Qarabağ və Şərqi Zəngəzura yatırılan investisiyaların həcmi açıqlanıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsas kapitala yönəldilən investisiyaların həcmi açıqlanıb. Primeinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Ötən ay Qarabağ iqtisadi rayonunda əsas kapitala 2 milyard 275 miyon 641 min manat məbləğində investisiya yönəldilib.

Orta aylıq əməkhaqqı 1100 manatı ötdü

Orta aylıq əməkhaqqı 1100 manatı ötdü

2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil edib.

Azərbaycanda sənaye sektoruna investisiyalar 10%-ə yaxın artıb

Azərbaycanda sənaye sektoruna investisiyalar 10%-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan sənaye sektoruna 6,825 milyard manat sərf olunub. Primeinfo.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Bildirilib ki, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 9,8% çoxdur.

Metrodan istifadə edənlərin sayı 2%-ə yaxın azalıb

Metrodan istifadə edənlərin sayı 2%-ə yaxın azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 205 015,5 min olub, bu da illik müqayisədə 1,8% azalma deməkdir. Bu barədə Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, ötən ilin yanvar-noyabr aylarında Bakı metropolitenindən 208 762,8 min sərnişin istifadə edib.