Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib.
Türkiyə ilə Azərbaycan arasında hər hansı siyasi gərginlikdən söhbət gedə bilməz.
Azərbaycan klassik ədəbiyyatının Türkiyədə araşdırılması və tanıdılması məsələləri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Müasir Elmlər Akademiyasının Türk Dili və Ədəbiyyatı kafedrasının müəllimi, nizamişünas alim və yazıçı Batuhan Aydınla görüşüb. Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Azərbaycan ədəbiyyatının böyük şairi, Türk dünyasının ortaq ədəbi-mədəni irsinin görkəmli nümayəndələrindən biri Nizami Gəncəvinin zəngin yaradıcılıq irsinin araşdırılması və Türkiyə türkcəsinə tərcümə edilərək oxuculara çatdırılması məsələləri diqqət mərkəzində olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Bu barədə Primeinfo.az-a ƏƏSMN-dən məlumat verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib.
Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarı istifadəyə verilib.
Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün arasında görüş keçirilib.
Türkiyənin Necmettin Erbakan Universitetinin professor Selahattin Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.
Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Ali Fidan və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sentyabrın 22-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə görüşüb.