Azərbaycan və Türkiyə enerji əməkdaşlığını neft və təbii qazla məhdudlaşdırmır, elektrik enerjisi sistemlərinin daha sıx inteqrasiyası istiqamətində də işi genişləndirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycan səfiri Rəşad Aslanovu qəbul edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində baş tutan görüşündə “Fənərbaxça” prezidenti Əziz Yıldırım və qızı Hande Yıldırım da iştirak edib.
Orta Dəhlizin Azərbaycan üzərindən “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılaraq inkişaf etdirilməsinə çalışırıq. Primeinfo.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib. Türkiyə Prezidenti bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Qərb bazarlarına çıxışının təmin edilməsində mühüm rol oynayır.
Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust – Zəfər bayramı münasibətilə tədbir keçirilib.
Türkiyənin Zəfər Bayramı münasibətilə…
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinə təqdim edib. Primeinfo.az xəbər verir ki, bu barədə səfir sosial media hesabında bildirib. Səfir etimadnaməsinin surətini Türkiyə XİN-in Protokol Baş İdarəsinin Baş direktor müavini Mustafa Cem Gündüzə təqdim edib.
HAVELSAN-ın Hərbi Hava Qüvvələri Məlumat Sistemi (HvBS) çərçivəsində hazırlanmış bəzi mühüm imkanlar Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.
Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir.