Kürşat Zorlu Azərbaycana təşəkkür edib
“İsrailin bu əsassız qərarını dərhal rədd edərək onları həqiqətlərlə üzləşməyə dəvət edən qardaş Azərbaycana xüsusilə təşəkkür edirəm”. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavinii, Böyük Millət Məclisinin üzvü Kürşat Zorlu, İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi və Türkiyə tərəfindən “tarixi həqiqətlərlə uzlaşmayan” kimi qiymətləndirilən qərara münasibət bildirib. Zorlu qeyd edib ki, həmin qərar təkcə Türkiyəyə deyil, eyni zamanda Türk dünyasının tarixi və mədəni bağlarına qarşı yönəlmiş düşmənçilik xarakterli yanaşmanın məhsuludur və heç bir hüquqi qüvvəsi yoxdur.