Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün arasında görüş keçirilib.
Türkiyənin Necmettin Erbakan Universitetinin professor Selahattin Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.
Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Ali Fidan və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sentyabrın 22-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə görüşüb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın bu ölkədəki yeni səfiri Rəşad Aslanovu qəbul edib.
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başlatdığı lokal antiterror əməliyyatı barədə süjet yayımlayıb. Primeinfo.az xəbər verir ki, süjetdə Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət suverenliyinin tam bərpa edilməsi ilə bağlı sözlərinə yer verilib, onun sosial media hesablarında edilən paylaşımlar izləyicilərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan ordusu lokal xarakterli antiterror əməliyyatı ilə daha bir parlaq zəfərə imza atıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Media və Yayım Şurasında Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə Primeinfo.az-a Media və Yayım Şurasından məlumat verilib. Məlumata görə, Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycana səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin nümayəndə heyətini qəbul edib.