Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb. DGK-dən Primeinfo.az-a bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib. Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sentyabrın 19-da, şənbə günü, Karib dənizində “narkotiklərin qanunsuz daşınması üçün istifadə olunan marşrutlarla hərəkət edən” sürətli katerə zərbə endirilməsi barədə məlumat yayıb. Primeinfo.az xəbər verir ki, katerdəki 4 nəfər ölüb Qeyd edilib ki, etibarlı kəşfiyyat məlumatları bu katerin narkotik qaçaqmalçılığı ilə əlaqəsini təsdiqləyib. ABŞ Ordusunun katerə endirdiyi zərbənin görüntüsü “X” sosial şəbəkəsində yayımlanıb.
Cəlilabadda 18 kq artıq narkotik vasitə aşkarlanıb. Bu barədə Primeinfo.az-a DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Belə ki, narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.
1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilmiş bağlamada narkotik aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir.
İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nın Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılması ilə məşğul olan Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov saxlanılıblar.
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V.
Azərbaycan gömrükçüləri tranzit yolu ilə ölkə ərazisindən keçirilməyə cəhd edilən xüsusilə külli miqdarda psixotrop maddənin qarşısını alıb. Primeinfo.az xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində “don halda bitum” yükündə metamfetamin aşkarlanıb. Belə ki, “Culfa” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına aparılan “don halda bitum” yükü olan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb olunub.
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Sentyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.