Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: narkotik

Həyətində narkotik yetişdirən şəxs SAXLANILDI

Həyətində narkotik yetişdirən şəxs SAXLANILDI

Astarada narkotik tərkibli bitkilər yetişdirən 51 yaşlı şəxs saxlanılıb. DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib. Tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı Gündüz Tağıyev saxlanılıb.

Əməliyyat zamanı 116 kiloqram narkotik aşkarlanıb - DİN - VİDEO

Əməliyyat zamanı 116 kiloqram narkotik aşkarlanıb - DİN - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Binəqədi və Nizami, həmçinin Abşeron və Yevlax rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev, Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev və Şahin Abdullayev saxlanılıblar.

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər SAXLANILIB

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər SAXLANILIB

Lənkəranda 116 ədəd narkotik tərkibli kol aşkarlanıb. DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar. Onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.

Narkotiklə bağlı 3282 nəfər məsuliyyətə cəlb edilib - 33-ü xarici vətəndaşdır

Narkotiklə bağlı 3282 nəfər məsuliyyətə cəlb edilib - 33-ü xarici vətəndaşdır

Bu ilin yeddi ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3282 nəfər cəlb edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, onlardan 3188-i kişi, 94-ü qadındır.

Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılmış 6 ton 223 kq 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 187 milyon 200 min AZN kimi qiymətləndirilir.

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə gətirilib

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə gətirilib

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəyə gətirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Türkiyə və Azərbaycan polisinin əməkdaşlığı çərçivəsində keçirilən birgə əməliyyat nəticəsində müəssisələrə atəş açmaqda və iş adamlarından hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Ö.A.K.-nın yeri müəyyən edilib.

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 ədəd psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı – 1975-ci il təvəllüdlü Ağapur Hüseyn Novruz saxlanılıb.

DİN: 46 kiloqram narkotikin qarşısı alındı

DİN: 46 kiloqram narkotikin qarşısı alındı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir. DİN-dən Primeinfo.az-a bildirilib ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN əməliyyat keçirdi - külli miqdarda maddə aşkarlandı

DİN əməliyyat keçirdi - külli miqdarda maddə aşkarlandı

Bakının Sabunçu rayonunda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb.