Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: narkotik

Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb - FOTO - VİDEO

Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb - FOTO - VİDEO

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Primeinfo.az xəbər verir ki, tədbir zamanı qeyd edilən cinayət əməlində şübhəli bilinən 53 yaşlı Fariz Xəlilov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 45 kiloqram 210 qram marixuana aşkarlanıb.

Abşeron və Qaradağda 57 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

Abşeron və Qaradağda 57 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar. Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Lerikdə 9 kiloqram narkotik aşkarlanıb

Lerikdə 9 kiloqram narkotik aşkarlanıb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb.

Saatlıda 9 kq narkotik aşkarlanıb - FOTO

Saatlıda 9 kq narkotik aşkarlanıb - FOTO

Saatlıda 9 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 37 yaşlı Miriş Miriyev saxlanılıb.

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirmək istədi, saxlanıldı  

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirmək istədi, saxlanıldı  

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib li, məhkumla qısamüddətli görüşə gəlmiş qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana aşkar olunub.

Narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs SAXLANILIB - FOTO

Narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs SAXLANILIB - FOTO

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə Regional Qrupundan Primeinfo.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onun Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib

Narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib

İyulun 13-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 55, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12, dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Altı ayda narkotiklərlə bağlı 4434 cinayət faktı AŞKARLANIB

Altı ayda narkotiklərlə bağlı 4434 cinayət faktı AŞKARLANIB

Bu ilin 6 ayında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4434 cinayət faktı aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir. Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.