Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb.
6 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı Primeinfo.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkokuryerlik fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş 25 yaşlı Eşqin Ələkbərov və həmyaşıdı Seymur Zeynalov saxlanılıblar. E.Ələkbərovun yaşadığı ünvana baxış zamanı 3 kq 200 qram marixuana və 3 kq 350 qram həşiş aşkarlanaraq götürülüb. Araşdırmalarla məlum olub ki, həmin şəxslər ölkə ərazisinə qanunsuz yolla gətirilmiş narkotik vasitələri Tovuz rayonu ərazisində gizlədərək satışını təşkil etməyi planlaşdırıblar.
İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində aparılan əməliyyatlar davam edir. Primeinfo.az xəbər verir ki, aparılan axtarışlar zamanı müxtəlif narkotik maddələr və cinayət elementləri müsadirə edilib. Əməliyyat zamanı Murat Gülibrahimoğlunun sevgilisi Rabia Karaca, modelyer Rabia Yaman, “Les Benjamins”in rejissoru Zohaer Majhadi, “Miss Turkey” qalibi Buse İskenderoğlu, sosial media fenomeni Dilara Ege Çevik və Suma Han gecə klubunun sahibi Cengiz Can Atasoy da daxil olmaqla 15 nəfərin kokain testi müsbət çıxıb.
Türkiyədə tanınmış şəxslərə qarşı aparılan “narkotik işi” çərçivəsində “Kurtlar vadisi”nin “Çakır”ı – məşhur aktyor Oktay Kaynarca saxlanılıb.
Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Türkiyəli məşhur sosial media fenomeni Şeyma Subaşı İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində dindirilmə zamanı narkotik maddə istifadə etdiyini etiraf edib. Primeinfo.az xəbər verir ki, dekabrın 30-da ABŞ-dən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında saxlanılan Subaşının narkotik testinin nəticələri məlum olub. Ətraflı Ad – 0 Məhkəmə Tibbi Ekspertizası tərəfindən aparılan analizlər zamanı onun orqanizmində kokain və onun metabolitləri, həmçinin ketamin maddəsi aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb.
Xətai rayonunda əməliyyat zamanı 20 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Aleyna Tilkinin saç və qan nümunəsi üzrə test nəticələri pozitiv çıxıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd olunub ki, 25 yaşlı müğənninin marixuana istifadə etdiyi müəyyən edilib.