Xəbər axtarın

Son axtarış nəticələri:

Masallıda keçmiş məhkum 7 kq narkotiklə tutulub

09.06.2026 15:48

Masallıda keçmiş məhkum 7 kq narkotiklə tutulub

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Primeinfo.az-a verilən xəbərə görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Paylaş: