Xəbər axtarın

Son axtarış nəticələri:

40 kiloqram narkotik dövriyyədən çıxarıldı - VİDEO

26.05.2026 13:45

40 kiloqram narkotik dövriyyədən çıxarıldı - VİDEO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin paytaxt və bölgələrdə keçirdiyi əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş 4 nəfər saxlanılıb.

Primeinfo.az xəbər verir ki, Bakı, Sumqayıt və Masallıda keçirilən tədbirlərlə Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov tutulublar.

Onlardan 40 kq tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, 500 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla müəyyən olunub ki, saxlanılanlar xaricdə yaşayan narkotacirlərin tapşırığı ilə narkokuryerlik fəaliyyəti ilə məşğul olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

Paylaş: