Xəbər axtarın

Son axtarış nəticələri:

Bərdədə narkotik əməliyyatı: 2 nəfər SAXLANILDI - VİDEO

01.05.2026 10:16

Bərdədə narkotik əməliyyatı: 2 nəfər SAXLANILDI - VİDEO

Bərdədə 8 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar.

Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Paylaş: