Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Belə ki, Lənkəran və Yevlaxda keçirilən növbəti tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar. Nazirlikdən Primeinfo.az-a bildirilib ki, onlardan tərkibinə psixotrop maddələr əlavə edilmiş 76 kiloqram marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. DİN-dən Primeinfo.az-a verilən xəbərə görə, paytaxt və bölgələrdə keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 yaşlı Rövşən Nəsirov, 42 yaşlı Fərid Nəzərov, 26 yaşlı Orxan Abbasov, 27 yaşlı Eyyub Məmmədov, 43 yaşlı Abdulla Məmmədov və 36 yaşlı Museyib Həsənov saxlanılıblar. Həmin şəxslərdən 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, həşiş, eləcə də yüksək təsirli narkotik vasitə olan kokain, 2087 ədəd psixotrop tərkibli metadon, ekstazi həbi, elektron tərəzilər və narkotiklərin satışından əldə edilən 55270 manat pul vəsaiti aşkarlanıb.
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 478 qram narkotik vasitə marixuana, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 24 kiloqram 90 qram narkotik vasitə marixuana aşkarlanıb.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb.
Yanvar- may ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2110 nəfər cəlb edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir. Məlumata görə, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3766 cinayət faktı aşkarlanın.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar.
Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO 15 iyun 2026 18:02 (UTC +04:00) Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. APA DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb. S.Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Azərbaycana 328 kq narkotiki qayıqla keçirmək istəyən İran vətəndaşlarının məhkəməsi başlayıb. Primeinfo.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Tariyel Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyunun 23-nə təyin edilib.