Xəbər axtarın

Son axtarış nəticələri:

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirmək istədi, saxlanıldı  

23.07.2026 14:12

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirmək istədi, saxlanıldı  

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib li, məhkumla qısamüddətli görüşə gəlmiş qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Paylaş: