Xəbər axtarın

Son axtarış nəticələri:

Altı ayda narkotiklərlə bağlı 4434 cinayət faktı AŞKARLANIB

13.07.2026 16:00

Altı ayda narkotiklərlə bağlı 4434 cinayət faktı AŞKARLANIB

Bu ilin 6 ayında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4434 cinayət faktı aşkarlanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir.

Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Paylaş: