Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar

17.10.2026 14:15

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılarErmənistan baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüş zamanı 2027-2028-ci illərdə iki ölkənin mədəniyyət günlərinin təşkili barədə razılıq əldə edilib.

Bu barədə Primeinfo.az Ermənistan KİV-ə istinadən məlumat verir.

Danışıqlar zamanı siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi, eləcə də regional sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.

Müzakirələrin nəticələrindən biri də Ermənistan Ətraf Mühit Nazirliyi və Qırğızıstan Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında Göyçə gölü və İssık-Kul gölünün qorunması sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması olub.

Paylaş: