Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qırğızıstan

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Primeinfo.az xəbər verir ki,bu barədə “Sputnik-Armeniya” Paşinyanın İrəvanda Japarovla birgə brifinqdəki bəyanatına istinadən məlumat yayıb. “Əminəm ki, regional sülhün möhkəmləndirilməsi iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının inkişafı üçün yeni imkanlar yaradır”, – N.Paşinyan bildirib.

Pezeşkian da Qırğızıstana getdi

Pezeşkian da Qırğızıstana getdi

İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, İran Prezidenti Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb. Səfərin iki gün davam edəcəyi bildirilir.

Əraqçi Qırğızıstana gedib

Əraqçi Qırğızıstana gedib

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Qırğızıstana yola düşüb. Primeinfo.az-ın məlumatına görə, Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək. ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası sabah Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.

Qırğızıstanın paytaxtına uçuşlar DAYANDIRILIB

Qırğızıstanın paytaxtına uçuşlar DAYANDIRILIB

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdəki “Manas” Beynəlxalq Hava Limanında bütün reyslər müvəqqəti dayandırılıb. Primeinfo.az xəbər verir ki, “AKİpress” buna səbəb kimi “TezJet” aviaşirkətinə məxsus Boeing 717 təyyarəsinin havaya qalxarkən arxa şassilərindən birinin sıradan çıxması səbəbindən baş verən qəza olduğunu göstərib. Məlumata görə, hava limanı uçuş-enmə zolağında təyyarənin hissələri və dağılmış aviasiya yanacağı təmizlənənədək bütün uçuşların qəbulunu və yola salınmasını dayandırıb.

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib

Azərbaycan və Qırğız Respublikasının Baş prokurorluqıarı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, 1999-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin (ANNABERDİYEV AGAMUHAMMET) cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.