Azərbaycan 4 ölkə ilə birgə hərbi təlimə qatılacaq
Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Türkiyə və Qırğızıstan XİN rəhbərləri görüşüblər
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə toplantısı ərəfəsində keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev ilə Qəbələ şəhərində görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.
Qırğızıstanda ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsi referenduma çıxarıla bilər. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Bişkekdə “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində bildirib. “Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq.
Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanmasını tapşırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat katibi Asqat Alagözov bildirib. O, yetkinlik yaşına çatmayan Aysuluu adlı qızın xüsusi amansızlıqla öldürülməsi ilə bağlı işin Prezident Sadır Japarovun şəxsi nəzarəti altında olduğunu qeyd edib.
Bu gün keçirilən iclasda deputatlar Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlamentin) VII çağırışının özünü buraxması haqqında qərar layihəsini qəbul ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb. Deputat Ulan Primov bu təşəbbüsün seçki qanunvericiliyində dəyişikliklərlə bağlı olduğunu bildirib.
Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatınna (TDT) sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, “Regional sülh və təhlükəsizlik” şüarı altında sammit olacaq.