
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Qırğızıstana yola düşüb.
Primeinfo.az-ın məlumatına görə, Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası sabah Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.