Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev Ərəb Media Forumunda - FOTO

16.09.2026 11:10

Hikmət Hacıyev Ərəb Media Forumunda - FOTO
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Hörmətli Abdullah M. Əlhaməd, Ərəb Media Forumuna dəvətiniz üçün təşəkkür edir, bu mühüm tədbiri ən yüksək səviyyədə təşkil etdiyiniz üçün səmimi təbriklərimi çatdırıram. Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın Prezidentlərimizin rəhbərliyi və baxışlarına uyğun olaraq daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrimizi yüksək qiymətləndirdim”, – deyə o əlavə edib.

***

Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ilə də görüşüb.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub: “Tərəflər, həmçinin regionda baş verən son hadisələri nəzərdən keçirib, bu məsələlərlə bağlı fikir mübadiləsi apardılar”.

 

Paylaş: