Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir.
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. [gallery ids="118389,118388,118387,118386,118385,118384,118383,118382,118381"]
İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. Primeinfo.az xəbər verir ki,bu barədə “Al Jazeera” İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında verdiyi bəyanata istinadən məlumat yayıb. “İndi qərar Birləşmiş Ştatlara qalır”, – İranın XİN başçısı bildirib.
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik ünvanlayıb. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Baş katib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur.
Azərbaycan və Seneqal rəqəmsal inkişaf və innovasiya sahəsində əməkdaşlığı müzakirə edib.
İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Pakistan İslam Respublikasının şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində təhlükəsizlik məntəqəsini hədəf alan, nəticədə bir neçə hərbçinin və bir mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən terror aktını pisləyib. Primeinfo.az xəbər verir ki, bu barədə İƏT-in yaydığı bəyanatda deyilir. “Qurbanların ailələrinə, eləcə də Pakistan İslam Respublikasının hökumətinə və xalqına səmimi başsağlığı və həmrəylik ifadə edən, yaralananlara isə tezliklə sağalmalarını arzulayan Baş Katiblik terrorizm və zorakılıqla mübarizədə Pakistanla həmrəyliyini bir daha təsdiqləyib.
17 iyun tarixində Medianın İnkişafı Agentliyində (MEDİA) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb. Görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qlobal informasiya məkanında sürətlə dəyişən çağırışlar fonunda media qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.