
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov qardaş ölkənin Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.
Primeinfo.az bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycan və Türkiyənin Konstitusiya məhkəmələri arasında institusional əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə olunub.
