Xəbər axtarın

Son axtarış nəticələri:

Rəşad Məmmədov Macarıstanın Özbəkistandakı səfiri ilə görüşüb - FOTO

29.09.2026 18:15

Rəşad Məmmədov Macarıstanın Özbəkistandakı səfiri ilə görüşüb - FOTO

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Macarıstanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yojef Roja ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri  Rəşad Məmmədov sosial media hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycan, Macarıstan və Özbəkistan arasında münasibətlərin gündəliyi, Özbəkistanda diplomatik fəaliyyət, eləcə də qarşılıqlı təmasların genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, söhbət zamanı Azərbaycan-Macarıstan əməkdaşlığının müxtəlif istiqamətləri, regionda baş verən proseslər və diplomatik nümayəndəliklər arasında əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub.

Rəşad Məmmədov Macarıstanın Özbəkistandakı səfiri ilə görüşüb - FOTO

Paylaş: